29 
Mar
2020
10:33
273
108
15832
Virtual karabakh

Agentlik oturacaq yerlərindən istifadəyə qadağa qoydu

29 Mar, 2020
10:33
15832

Agentlik oturacaq yerlərindən istifadəyə qadağa qoydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də bəzi vətəndaşlarımız özünütəcrid tədbirlərinə adekvat davranmırlar.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar ərazidə insanlar müəyyən qrup halında toplaşır ki, bu da mövcud epidemik vəziyyətdə yoluxma riskini artırır.

Qeyd edilənləri nəzərə alaraq, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar skamyalar və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyulub:

“Vətəndaşlarımızdan xahiş edirik ki, xüsusi karantin rejimi davam etdiyi müddətdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yalnız müntəzəm marşrut xətləri üzrə avtobusların xidmətlərindən istifadə etsinlər. Həmçinin, tövsiyə edirik ki, özünütəcrid tədbirlərinə uyğun davransınlar, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməkdən çəkinsinlər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri